"Azərbaycan tarixi 5 dəqiqədə" – Milli animasiya filmi - VİDEO

12:53 | 07.11.2016

"Azərbaycan tarixi 5 dəqiqədə" – Milli animasiya filmi - VİDEO

"Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin Milli Tarixi Filmləri Festivalı” layihəsi çərçivəsində İngilis dilində "Azərbaycan Tarixi 5 dəqiqədə” – Milli Animasiya Filmi hazırlanıb. 

Filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim və zəngin milli tarixini ən qədim dövrlərdən müasir tarixə kimi 5 dəqiqə ərzində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəssislər cəlb olunmuş və müxtəlif tarixi mənbələrdən istifadə olunmuşdur. Azərbaycan tarixi qədimdən ən yeni tarixə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər) qısa metrajli animasiya filmi Azərbaycanın tarixi ərazisində formalaşan dövlətləri və onların ərazilərini xüsusi animasiya effektləri ilə təsvir edir.   

İnanırıq ki, İngilis dilində olan bu film beynəlxalq konfrans və müxtəlif tədbirlərdə Azərbaycanın qədim tarixini özündə əks etdirən bir vasitə kimi geniş ictimai auditoriyaya çatdırılacaqdır. 

Layihəmizin həyata keçirilməsinə göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna dərin minnətdarlığımızı bildiririk. Filmin ərsəyə gəlməsində göstərdikləri təşkilati və texniki dəstəyə görə Level UP School of Professional Studies and Business-ə və DigiMarks Şirkətinə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, "Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin sədir Qədim Vəliyev proyektin məsləhətçisi və ideya müəllifi isə Qurban Kərimbəylidir
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb