Azərbaycanı təmsil edən cütlük Olimpiadada 12-ci oldu

10:14 | 18.02.2014
Azərbaycanı təmsil edən cütlük Olimpiadada 12-ci oldu

Azərbaycanı təmsil edən cütlük Olimpiadada 12-ci oldu

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında qalib müəyyənləşib.“Aysberq” Qış İdman Sarayında keçirilən yarışda 20 cütlük birincilik uğrunda mübarizə aparıb. Yarışda Azərbaycanı Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü təmsil edib. Bir gün əvvəl idmançılar qısa proqramla çıxış etmişdilər. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında çıxış etmiş və 58,15 xal toplayaraq 14-cü pillədə qərarlaşmışdı. Qısa proqramda çıxış etmiş idmançılardan ilk iyirmiliyə daxil olan cütlüklər sərbəst proqramda iştirak hüquq qazanmışdılar.Fevralın 17-də 8-ci nömrə altında mübarizə aparan Yuliya Zlobina – Aleksey Sitnikov dueti 90,48 xal toplayıb. Hər iki çıxışın nəticəsinə əsasən, 148,63 xal toplayan Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü Soçi Qış Olimpiya Oyunlarını 12-ci pillədə başa vurub. Yarışın qalibi iki çıxışın nəticəsinə görə, 195,52 (78,89 + 116,63) xal toplamış ABŞ-dan olan cütlük Meril Devis – Çarli Uayt olmuşdur. Kanadalı cütlük Tessa Virçu – Skott Moyr (76,33 +114,66) gümüş, Rusiya idmançıları Yelena İlinıx – Nikita Kaçalapov (73,04 + 183,48) isə bürünc medala sahib olublar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti