Azərbaycan Türkiyədə çox pul xərcləyən ölkələrdən oldu

23:30 | 02.01.2015
Azərbaycan Türkiyədə çox pul xərcləyən ölkələrdən oldu

Azərbaycan Türkiyədə çox pul xərcləyən ölkələrdən oldu

"Visa Avropa”nın ("Visa Europe”) məlumatına görə, 180 ölkədən olan ziyatəçilər 2014-cü il ərzində Türkiyədə visa kartları ilə 2,2 milyard avro xərcləyib.

Axar.az xəbər verir ki, Türkiyədə ən çox pul xərcləyən ölkə Rusiyadır - 278 milyon avro. İkinci sırada 223 milyonla İngiltərə, üçüncüdə isə 201 milyonla ABŞ gəlir.

Türkiyədə özbəklər 118,5 milyon, Səudiyyə Ərəbistanı vətəndaşları 112,2 milyon, fransızlar isə 97,9 milyon avro pul xərcləyib.

Sıralamada 8-ci yerdə Azərbaycan qərarlaşıb. Ölkəmizin vətəndaşları 2014-cü ildə qardaş ölkədə 57 milyon 253 min 276 avro pul xərcləyib. Bu, 2013-cü illə müqayisədə 24 faiz çoxdur. (2013-cü ildə 46 milyon 121 min 585 avro olub).

İlk onluğu 51,7 milyon avro ilə Küveyt, 49,6 milyon avro ilə Birləşmiş Ərəb Əmirlikləri tamamlayır.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür