Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib

21:43 | 30.04.2024
Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib

Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib

Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.Bu barədə "RIA Novosti"yə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq”, - Smadiyarov bildirib.

Bir müddət əvvəl Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev nəşrə bildirib ki, Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı  prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti