Azərbaycan və İspaniya iqtisadi tərəfdaşlığı müzakirə edib

21:30 | 17.06.2021
Azərbaycan və İspaniya iqtisadi tərəfdaşlığı müzakirə edib

Azərbaycan və İspaniya iqtisadi tərəfdaşlığı müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə işgüzar görüş keçirilib.

Bu barədə AZPROMO-dan bildirilib.

Məlumata görə, Fondun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi, ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində gördükləri işlər barədə məlumat verib, iqtisadi əməkdaşlığın inkişafında iş adamları arasında əlaqələrin rolunu qeyd edib.

 İqnasio Sançes Taboada isə iqtisadi tərəfdaşlığın genişdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.

Görüşdə iki ölkə arasında investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM