Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib

18:00 | 31.03.2018
Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

"Report” DGK-ya istinadən xəbər verir ki, o, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb