Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyib. Bu barədə XİN-in rəsmi tviterində paylaşım edilib.
"Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırırıq”, - açıqlamada deyilir.
İyulun 20-də İsveç polisi Quranın və İraq bayrağının yandırılması planlaşdırılan etiraz aksiyasına icazə verib.
İsveçdə Quran nüsxələrinin yandırılmasına qəzəblənən etirazçılar İraqın paytaxtı Bağdadda İsveç səfirliyini yandırıblar.
Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu "alçaq və anti-İslam" adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına gəlib .
Daha sonra yüzlərlə iraqlı etiraz etmək üçün Bağdaddakı İsveç səfirliyi qarşısında toplaşıb. Bir neçə onlarla insan səfirliyin həyətinə girməyə cəhd edib, lakin polisin gəlişindən sonra onlar missiya ərazisini tərk ediblər. İraq Xarici İşlər Nazirliyi Quranı yandıran şəxsin 37 yaşlı Salvan Momik adlı iraqlı qaçqın olduğunu bildirib və İsveçdən onu ekstradisiya etməyə çağırıb.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !