• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycan XİN rəsmisi ABŞ Dövlət Departamentinə cavab verib

Azərbaycan XİN rəsmisi ABŞ Dövlət Departamentinə cavab verib
25.01.2023 17:35
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-nin Laçın yolu ilə bağlı çıxışına cavab verib. Bu barədə o, öz tvitter hesabında məlumat verib. 
 
"Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil 24 yanvarda dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”, - Ayxan Hacızadə bildirib.
 
Yanvarın 24-də ABŞ Dövlət Departamentinin sözşüsü  Ned  Prays departamentin mətbuat konfransında ABŞ- ın Azərbaycan-Ermənistan danışıqlarının gedişi ilə bağlı müxtəlif narahatlıqları olduğunu, əsasən də Laçın dəhlizi ilə bağlı narahaqlıqlarını vurğulayıb.
 
"Biz Ermənistan və Azərbaycanı birbaşa dialoqda görməyə ümid edirik və bu dialoq vasitəsilə davamlı sülhün bərqərar ediləcəyini düşünürük. Bu  istiqamətdə birbaşa danışıqları davam etdiririk. Biz bunu ikitərəfli əsasda tərəfdaşlarla, çox formatlı institutlar vasitəsilə edirik. Keçən il isə bir neçə dəfə üçtərəfli danışıqlar aparmaq imkanımız oldu. Biz bu çox həssas məsələləri həll etmək üçün əlimizdən gələni edəcəyik”, – Prays bildirib.
 
Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Lida Abbaslı
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol