Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Katrin Kalonanın ermənipərəst mövqeyini qəbuledilməz olduğunu deyir. Bu barədə XİN-in sözçüsü Ayxan Hacızadə deyib.
Fransanın xarici işlər naziri Katrin Kolonna mətbuata açıqlama verərək bildirib ki, Bakı erməniləri Qarabağdan çıxarmaq üçün strategiyalardan istifadə edir. Nazir vurğulayıb ki, Fransa iki ölkə arasında sabitliyin bərpası üçün səylərini əsirgəmir. Kalona bu cür davranışlara görə Bakını ittiham edərək "bu cür hərəkətləri əxlaqsız" adlanıdırıb.
"Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir", - XİN rəsmisi bildirib.
Bundan əvvəl, avqustun 16-da Fransanın xarici işlər naziri Ermənistanlı həmkarı ilə danışığında Laçın yolunun "blokada"da olmasından və "erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi"ndən narahat olduğunu açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Katrin Kolonanın Laçın dəhlizinin "blokada" qalması iddialarını rədd edib.
Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyət müzakirəyə çıxarılıb. Azərbaycan tərəfdən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak edib. Nəticədə Ermənistan tərəfinin tələbinin əsassız olduğu müəyyən olunub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !