Azərbaycan Xarici İşlər Nazirliyi Bakıda fəaliyyət göstərən Rus Evinin hüquqi şəxs kimi qeydiyyata alınmaması səbəbindən fəaliyyətini dayandırmasını tələb edib. Bu barədə "Rossotrudniçestvo" təşkilatının rəhbəri Yevgeni Primakov Rossiya 24 telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya XİN Bakıda Rus Evinin fəaliyyətinin tənzimlənməsi üzərində işləyir.
Primakov həmçinin qeyd edib ki, Rus Evi Bakıda 1,5 ay ərzində hazırda icarəyə götürdüyü binadan çıxmalı olacaq, çünki binanın sahibi obyekti təcili satmağı planlaşdırır.
Yeni bina ilə bağlı aparılan danışıqlar isə müvəqqəti olaraq dayandırılıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !