Azərbaycan Türkiyəyə başsağlığı verib - FHN-nın əməkdaşları hadisə yerinə gedir

09:55 | 06.02.2023
Azərbaycan Türkiyəyə başsağlığı verib - FHN-nın əməkdaşları hadisə yerinə gedir

Azərbaycan Türkiyəyə başsağlığı verib - FHN-nın əməkdaşları hadisə yerinə gedir

Prezident İlham Əliyev bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən zəlzələ ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
 
"Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram" - prezidentin məktubunda qeyd olunub. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı rəsmi tvitter hesabında paylaşım edib. 


"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan Türkiyənin hər zaman yanındadır”, - paylaşımda bildirilir. 
 
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
 
Bazar ertəsi səhər saatlarıda Türkiyənin cənub-şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verin. Zələzələ nəticəsində azı 79 nəfərin öldüyü, 400-dən çox yaralı olduğu bildirilir. 
 
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələ ölkənin 10 vilayətində hiss olunub. Zəlzələdə sonra 22 afterşok qeydə alınıb. 
 
Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.
 
Gülnar Nazimqızı 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM