"Sumqayıt" klubunun rəhbərliyi hücumçu Pərdis Fərcad-Azadı cərimələmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, bu qərara səbəb, Tallində Estoniya yığmasına qarşı keçirilmiş oyun (1:2) ərəfəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndiyi an Pərdis Fərcad-Azadın saqqız çeynəməsi olub. “Sumqayıt” klubunun rəhbərliyi cərimə məbləğini bəyan etməsə də, bunun kifayət qədər böyük məbləğ olduğu ehtimal edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !