Avqustun 19-da Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina prezidentlərinin, eləcə də Çexiya və Avstriyanın keçmiş baş nazirlərinin Budapeştə görüşü gözlənilir. Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Szijarto deyib.
Onun sözlərinə görə, iştirakçılar enerji təhlükəsizliyi, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı və qeyri-qanuni miqrasiya ilə mübarizəni müzakirə edəcəklər.
Bundan əvvəl Szijarto bildirib ki, hazırda beynəlxalq təhlükəsizlik son 80 ilin ən böyük təhlükəsi altındadır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !