• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycana az yanacaq sərf edən avtomobillər gətirilə bilər - VİDEO

Azərbaycana az yanacaq sərf edən avtomobillər gətirilə bilər - VİDEO
09.05.2014 10:36
"Köhnə və ekoloji cəhətdən sərfəli olmayan avtomobillər elektromobillərlə əvəz oluna bilər. Bunun üçün Azərbaycanın lazımı imkanları var".Köhnə və ekoloji cəhətdən sərfəli olmayan avtomobillər elektromobillərlə əvəz oluna bilər. Bunun üçün Azərbaycanın  lazımı imkanları var. APA TV-də efirə gedən "Sosium" verilişində iqtisadçı ekspert Samir Əliyev yeni nəsil avtomobillərin ölkəyə gətirilməsi üçün bir neçə təkliflə çıxış edib. Son zamanlar Avropa ölkələrinin böyük maraq göstərdiyi bu avtomobillərin ölkəyə gətirilməsi üçün hökumətin elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul edilməsini vacib sayan iqtisadçı hesab edir ki, həm yanacaq sərfi, həm ekoloji təmizliyi, həm də kiçik tutumluluq baxımından elektromobillərə sadəcə marağı artırmaq lazımdır: "100 kilometrə cəmi 1-2 avro dəyərində yanacaq sərf etmək lazım gəlir. Amma həmin məsafəyə hazırda istifadə etdiyimiz maşınlar 6-7 manatlıq yanacaq sərf edir. Bu maşınların qiyməti təxminə 20 min avrodan başlayır. Bu gün Norveç neft ölkəsi olmasına baxmayaraq, elektromobillərin sayına görə dünyada 1-ci yeri tutur. Artıq Norveç hökuməti paytaxtda  elektromobillərdən başqa maşının buraxılmamasını istəyir". İqtisadçı ekspert hesab edir ki, Azərbaycan müasir dünya ilə ayaqlaşmaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün bu istiqamətdə ciddi addımlar atmalıdır. Bu addımlar nədən ibarət ola bilər? ”İlk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır. Latviyada ötən il 3 illik proqram qəbul edilib və onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəlinə dövlətin köməkliyi ilə 750-yə qədər elektromobil əldə edilib”. Samir Əliyevin fikrincə, hökumət istifadədə olan köhnə maşınları  ədalətli qiymətə alıb, sürücülərə bu cür maşınları sərfəli kreditlərlə sata bilər. Bundan əlavə müəyyən güzəştlərin tətbiq edilməsi ilə əhalinin bu maşınlara marağını artırmaq olar: "Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniya və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alış zamanı xüsusi güzəştlərə malikdirlər. Elektromobillərin satışının ən effektiv sxemi Norveçdədir.  Skandinaviya ölkəsində dövlət subsidiyası almaq, pulsuz park etmək, enerjidoldurma məntəqələrini bir sıra vergi və rüsumdan azad etmək, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər mövcuddur". İqtisadçı hesab edir ki, köhnə maşınları dövriyyədən çıxarmaq üçün digər variant hibrid avtomobillərin ölkəyə idxalını sürətləndirməkdir: "Bu yaxınlarda Fransada idim. Orda artıq taksilərdə də hibridlər tətbiq edilib. Bu hibritlər saatda  60 kilometrə qədər sürət zamanı batareyadan qidalanır. Sürət həddi yalnız 60-dan yuxarı qalxdığı təqdirdə benzin işə düşür. Düzdür, Bakıda da belə maşınlar var, amma sayları çox azdır". İqtisadçı qeyd edib ki, ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək ölkədə elektromobillərin sayının 1 milyon ədədə çatdırılması planlaşdırılır. Hazırda onların sayı 200 min ədəddir. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol