• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycana haker hücumu edən ölkələrin adı açıqlandı

Azərbaycana haker hücumu edən ölkələrin adı açıqlandı
10.06.2014 00:16

“Dövlət saytları yüksək səviyyədə qorunur”.

Azərbaycanda ən çox Amerika, Çin və Rusiyadan haker hücumları olur. Amma bununla belə Azərbaycanın dövlət saytları yüksək səviyyədə qorunur”. 

ANN.Az xəbər verir ki, bu fikirləri APA TV-da yayımlanan "Sosium" verilişinin qonağı olan Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, Xüsusi Dövlət Mühafizə Xidməti yanında agentlik yaradılıb ki, bu agentlik də dövlət qurumlarının saytının mühafizəsi ilə məşğul olur: 

“Eyni zamanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyində də bu xidmət var. Həmin xidmət daha çox ictimai saytlarda, biznes qurumların saytlarında boşluqları aşkarlayır və problemlərin aradan qaldırılmasına dəstək olur. Haker hücumlarına gəldikdə isə əsasən 3 böyük ölkənin internet ünvanlarından hücum olur. İnternet ünvanının hansısa ölkəyə aid olması hücumun həmin ölkə tərəfindən edilməsi demək deyil. Bu hücum orada yaşayan insan tərəfindən də edilə bilər”.

Nazir müavini Azərbaycanın ikinci rabitə peykinin orbitə 2017-ci ildə buraxılacağını deyib: “Hazırda tendərə qədər texniki tapşırıqların hazırlanması prosesi gedir. Plan odur ki, 2017-ci ilə növbəti peyk orbitə çıxarılsın. İstehsalçı şirkətlər tender əsasında seçiləcək. Birinci peyki quran Amerika şirkəti, peyki orbitə çıxaran Fransa şirkəti idi. Bu ölkələr dünyanın ən qabaqcıl texnologiyaya malikdir. Onlar tenderə maraq göstərirlər. Yəqin ki, növbəti işi onlarla davam edəcəyik. Peyklərimiz nə qədər çox olarsa, bu sektora dair xidmət sahələri genişlənər. Eyni zamanda üçüncü peyk də olacaq. Bu, artıq yer səthinin müşahidə peykidir. Bütün bu istiqamətdə görülən işlər ardıcıl və kompleks xarakter daşıyır”.

Nazir müavini bildirib ki, peykin orbitə çıxarılması çıx məsrəf tələb etsə də, ancaq sərf olunan vəsaitlərin geri qaytarılması çoz zaman aparmır. Onun sözlərinə görə, həmin məbləğin geri qaytarılması üçün 5-7 il nəzərdə tutulub: " Keçən ilin statistikası göstərdi ki, gəlir 5 milyon ətrafındadır. İndiki gəlir 10 milyon ətrafındadır. Göstərilən xidmətlərin sayı artdıqca bu xidmətlər öz gəlirlərini verir. Hazırda işlər gedir. Nəzərə alsaq ki, peykin fəaliyyəti 15-17 il nəzərdə tutulur. Baxmayaraq ki, peykin orbitə buraxılması məsrəf çox tələb edir, ancaq iqtisadi cəhətdən özünü doğruldan layihədir.

Elmar Vəlizadənin sözlərinə görə, “Azerispace” Azərbaycanın ilk peyki olduğu üçün müştəri cəlb etmək o qədər asan olmayıb: 

“Amma əhatə dairəmizin geniş olması, tərəfdaşlarımızın yüksək olması, texnologiyaların ən müasir olduğu üçün peykimizin reputasiyası yüksəkdir. Bizim peykə maraq yüksəlib”.

“Elektron hökumət” portalından danışan nazir müavini artıq portalda olan xidmətlərdən yararlanan 1 milyonuncu istifadəçinin qeydə alındığını bildirib: 

“Bir milyonuncu istifadəçi Şəki şəhərindən oldu. Nazirin göstərişi ilə həmin şəxs təntənəli şəkildə təltif edildi. Hal-hazırda “Elektron hökumət” sistemində qeydiyyatdan keçən istifadəçilərin sayı 600 mini ötüb”.

Gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı beynəlxalq rouminq qiymətlərinin aşağı salınması planlaşdırılır. Nazir müavini bildirib ki, hal-hazırda bu istiqamətdə tədbir görülür: "Ölkə daxilində mobil danışıq tarifləri aşağı düşə bilər. Bu istiqamətdə də mütəmadi işlər gedir. Düzdür, nazirliyin bu prosesə birbaşa təsir imkanları yoxdur, amma müxtəlif rıçaqlar var ki onlardan istifadə etməklə qiymətlərin ucuzlaşmasına təsir göstəririk".

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol