• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
08.05.2025 12:24

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi
tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı
bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək
naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat
tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr
aparılıb.
“Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə
Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona
Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və
tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış ediblər.
Sona Abbasova Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığının dərin və
mənalı bir missiyaya əsaslandığını bildirib. O, bu əməkdaşlığın dürüstlük, tərəfdaşlıq və
insanlara xidmət kimi ortaq dəyərlər üzərində qurulduğunu və məhz bu dəyərlərin “Qızlara
ağ yaraşır” kimi yüksək ictimai təsirə malik sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin
yaratdığını qeyd edib. Sona Abbasova, həmçinin, Azercell-in dəyər əsaslı əməkdaşlıqlar
vasitəsilə cəmiyyətə müsbət təsir göstərmək öhdəliyinin gələcəkdə də davam edəcəyini
vurğulayıb.
Rəşad Rəsullu öz növbəsində Azercell-lə birgə reallaşdırılan daha bir sosial kampaniya
olan “Söz verirəm” layihəsinin əhəmiyyətindən danışıb: “Bu təşəbbüs cüdoya olan marağı
artırmaq və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gənclər və yeniyetmələr arasında
qlobal səviyyədə aktual olan qısnama mövzusuna toxunur. Layihə vasitəsilə bu problemə
diqqət çəkmək istədik, çünki cüdonun təməlində dayanan hörmət, dürüstlük, əzm və
dostluq kimi dəyərlər gənclərin formalaşmasında mühüm rol oynayır.”
Tanınmış rep ifaçısı Orxan Zeynallı isə çıxışında Azercell və Cüdo Federasiyanın
əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Doğru yol budur” adlı daha bir kampaniya üçün

Classification: Public
bəstələyib ifa etdiyi əsərindən danışıb. İfaçı musiqinin gənclərə təsirini önə çəkərək, - “Bu
layihədə ilk dəstəkçimiz musiqi oldu, çünki musiqi özünüifadə və sosial dəyişiklik üçün
güclü vasitəsidir. Bu kampaniya vasitəsilə biz gəncləri zərərli vərdişlərdən uzaq durmağa
və doğru seçimlər etməyə təşviq edirik”, - deyə bildirib.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək
üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
İqtisadiyyat 09:53
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:46
Qızılın qiyməti bahalaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Məzənnə açıqlanıb
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İqtisadiyyat 12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
İqtisadiyyat 11:25
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol