Azərbaycana keçmək istəyən erməni minaya düşdü

14:00 | 27.04.2014
Azərbaycana keçmək istəyən erməni minaya düşdü

Azərbaycana keçmək istəyən erməni minaya düşdü

54 yaşlı Çiva kəndi sakini  Vaçaqan Poqosyan cəbhə xətttində Azərbaycan ərazisinə keçmək istəyərkən minaya düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyana istinadən Novosti Armeniya agentliyi yayıb.

Aprelin 25-də saat 21:16 radələrində 54 yaşlı Çiva kəndi sakini Poqosyanın evdən çıxaraq geri qayıtmadığı barədə məlumat alınıb. Hadisə yerinə yollanan yanğın-xilasetmə əməliyyat qrupu onun cəsədini aşkarlayıb.

Bildirilir ki, Poqosyan cəbhə xəttini Azərbaycan istiqamətində keçmək istəyirmiş.

OXU.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM