Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.
Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək düşüb.
Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.
Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.
Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !