• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Azərbaycana qarşı informasiya terroru...

Azərbaycana qarşı informasiya terroru...
17.02.2022 14:13
Azərbaycan dövlətinin, xalqımızın sarsılmaz etimadı ilə ölkəyə rəhbərlik edən, Qələbə tarixini yaşadan siyasi lideri İlham Əliyevin qlobal "araşdırma” şəbəkəsinin ardıcıl və əsas hədəfinə çevrilməsində erməni faktorunun yeri və rolu dəfələrlə qeyd edilib. 
Pandora sənədlərində ən ciddi şəkildə maskalansa da, şəbəkənin arxasında erməni lobbisinin durmasını aşkarlamaq çətin deyil.
Bu dəfə diqqəti cəlb edən, Pandora sənədlərinin hazırlanmasında ermənilərin sadəcə iştirakı deyil, məhz prosesə rəhbərlik etməsi, 44 günlük müharibə meydanında məğlubiyyətə rəğmən -informasiya müharibəsində total hücuma və revanşa, "səlibçi jurnalist”(Anna Şifrin), haker yürüşünə ən ciddi şəkildə start verilməsinin siqnalı/sübutudur. 


• Ermənilər Pandora "araşdırmasını” açıqlayan qlobal jurnalist konsorsiumunun -İCİJ- rəhbərliyinə qədər gələ bilib


Azərbaycana qarşı təşkilatlanan qlobal OCCRP  şəbəkəsinin 8 direktorundan biri - Xədicə İsmayıl AŞ PA-nın ofşorlar mövzusunda növbəti qətnaməsi ilə bağlı qeyd etmişdi ki, "Azərbaycan hökuməti erməniləri çox sevir. Çünki ermənilərin işğal siyasəti hamıdan çox bizim hökumətə sərf edir. Ermənilər olmasaydı, onlar bizim torpaqlarımızı işğal etməsəydi, Azərbaycan hökuməti tənqidləri kimin boynuna qoyardı? Belə başa düşürəm ki, bu onlara sərf edir, bəhanə verir. Ona görə də bu işğala son qoymurlar.” Hazırda bu sözlər özünüifşa ittihamı kimi səslənsə də, erməni faktorunun sübut olunması faktlar tələb edir.


Pandora sənədlərini hazırlayan İCİJ şəbəkəsində "dünya erməni gücü” necə pərdələnir? 


Ofşor qalmaqallarının çoxunun "P” hərfi ilə başlamasının səbəblərindən biri, araşdırmaçılığın ilk dövrdə ABŞ daxili problemləri hədəfə alan, obyektiv və qərəzsiz jurnalistika kimi böyük nüfuz qazanan ilk "Pentagon sənədləri”nin, bu ənənənin varisi olduqları görüntüsünü yaratmaqdır. Sənədlər araşdırmaçı Daniel Elsberqin bir neçə gün yuxusuz qalmaqla məxfi Pentaqon sənədlərinin şəklini çəkməsi, hərbi-sənaye kompleksinin "müharibə biznesinin” ifşasına həsr edilmişdi. Pentagon sənədləri ABŞ daxili problemlərini aşkarlayan ilk və son dosye oldu. Sovetlərin çökməsindən sonra, Amerika siyasi isteblişmenti, dövlət Departament, MKİ və demokratiya "ixracı” missiyasına xidmət edən (USAİD,NED,NDİ və s.) institutların qərarına əsasən araşdırma hədəfi kimi ABŞ deyil, ancaq xarici ölkələr seçildi.


Xatırladaq ki, hələ ABŞ hərbi sənaye kompleksinin gəlirləri və hərbi cinayətlərə həsr edilən ilk və son "Pentagon Paper”də erməni jurnalist olub. Vaşinqton Post qəzetinin redaktoru Ben Bağdikyan burada aparıcı rol oynamışdı .


AntiAzərbaycançı qlobal şəbəkənin yaranmasından bəri ermənilər həmişə fürsət bilib. Hələ Panama sənədlərindən sonra ölkəmizdə başqa regionlardakı kimi sabitliyin pozulacağına ümidlər böyük idi. Yeganə məqsəd Amerikada yaşayan erməni alim Artyom Tonoyanın bu sözləri ilə ifadə edilə bilər. "Qoy Əliyev getsin.Sonra biz hər şeyi sıfırdan başlayacağıq!”


  


2020-ci ildən-44 günlük müharibədə məğlub olan dünya erməniliyi, var qüvvəsini informasiya müharibəsinə cəmləyib. Pandora sənədlərində erməni və ermənipərəstlərin sayı, Azərbaycana qarşı fobiyalıların çoxluğu heyrətamizdir. 


Ermənistanın Hetq Araşdırmaçı jurnalist təşkilat sədri Edik Baqdasaryan öz saytında, dövlət başçımızın "Qərbin ermənilərə rəğbət bəsləməsi və Azərbaycanın nüfuzuna ziyan vurması” ilə bağlı fikirlərini yerləşdirib.


  


Hetq (ermənicə-"iz”) təşkilatının OCCRP, İCİJ və GİJN üzvü olması məlumdur. Bu dəfəki Pandora dosyesinə Ermənistandan bu təşkilatdan əlavə daha bir jurnalist-Vahe Sarukhanyan da qatılıb. Bunlar görünən üzvlər-ermənilərdir. 


Qlobal şəbəkənin haker/jurnalist heyətində aşkar görünməyən ermənilər bu dəfə daha çoxdur. Onlar ABŞ, Fransa, Hindistan, İran, Qırğızıstan və Livan erməniləridir. 


İCİJ rəhbərliyində, İdarə heyətində, 2 erməninin yer alması ilk dəfədir. 
  


3 rəhbər şəxsdən (sədr, xəzinədar və katib) biri ermənidir. İSİJ idarə heyəti (direktorlar şürası) üzvü Alexander Papachristounun yunan soyadına baxmayaraq, diqqət etdikdə məlum olur ki, qlobal araşdırmaçı şəbəkədə həmişə ermənilər bu dəfə daha irəli gedib. Rəhbərlikdə təmsil olunub. Hətta, şəbəkəni dünya ermənilərinin maliyyələşdirməsinə şübhə yeri qalmır.Nə üçün?


 


Çünki Alexander Papachristou bundan əvvəl - Dünya erməniliyinin "Ümumerməni fondu Hayastan, "Avrora”, Ararat, ABŞ Erməni fondu, ABŞ Assosiasiyası,saxta "Soyqırım” muzeyi, Memoriallar, Tüfenkyan və Rokfeller Arxiv Fondu və s.və i.a. daha neçə qlobal xeyriyyə fondları ilə müqayisədə ən nəhəng, maliyyə baxımdan ən zəngin və nüfuzlu təşkilatı "Yeni Şərq Fondu”nun- Near East Foundation(NEF) prezidenti olub!!


NEF-1915-ci ildə qondarma soyqırım ilində, ilk prezidenti saxta soyqırım siyasətinin banisi ABŞ səfiri H.Morgentaunun olduğu, Osmanlıya qarşı yaradılan, Türkiyə, Livan və Suriya erməniləri adı ilə bütün dünyada erməniyə yardım edən milyardlarla maliyyəsi olan, çoxfunksiyalı fonddur . Dünyanın 40 ölkəsində və Ermənistanda rəsmi filialları mövcuddur. 


 


A.Papaxristounun qlobal erməniliyin dünya siyasətinə təsirini artıq 106 ildir ki, yönəldən həmin bu fondun prezidenti olması bütün niyyətləri-onun yunan soyadlı erməni olmasını aşkara çıxarır.


 


Fond hazırda Azərbaycanla sərhəddəki bölgədə xeyriyyəçiliklə məşğuldur.


 


 
 
A.Papaxristou gerçəkdən fövqəladə bacarıqlı şəxs kimi eyni vaxtda müxtəlif postlarda çalışır. Linkedİn səhifəsinə baxsaq, o, 
 Nyu-York Şəhəri Vəkillər Assosiasiyasının Sayrus Vens adına Beynəlxalq Ədalət Mərkəzinin (Cyrus R. Vance Center for International Justice) icraçı direktorudur.(!?) 
 18 il McKenzy formatlı qlobal hüquq şirkətlərinin (Clifford & Warnke,NHC Capital) rəhbərliyində olub. 
 6 il Moskvada White & Case-in filialını yaradıb və işlədib. New York meri Mario C.Cuomonun siyasi (!?) müşaviri olub.
 Qlobal Medianın İnkişafının Maliyyələşdirilməsi Fondunun (Media Development Investment Fund) İdarə heyətinin üzvüdür. 
 Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Proqramının və Berlindəki (!?) Bard Vətəndaş Fəallığı Mərkəzinin (Princeton University's Near East Studies Program; Bard College's Center for Civic Engagement) məsləhətçilər şurasının üzvüdür.
 Bu hələ son deyil. A.Papaxristou 2016-cı ildə Azərbaycanı fasiləsiz tənqid hədəfi edən qlobal indekslərdə qərəzli göstəricilərlə nüfuzuna ziyan vuran Transparency International təşkilatı Katibliyinə Xüsusi Hüquq Müşaviri olaraq (Special Legal Counsel of Secretariat) gəlib çıxıb.
TI-Katibliyinin strategiyası, idarə edilməsi və əsas təşəbbüsləri ilə bağlı hüquqi və siyasi məsələlərə nəzarət edib . 


 


 Qlobal erməniliyin dünya geosiyasətinə təsiri strategiyasına uyğun olaraq, A.P.-ermənilərin "gizli silahı”-maliyyələşdirmə fəaliyyətini daha da səmərəli etmək üçün bütün dünya erməni təşkilatlarını səfərbər edib.


   


 Sadalamaqla bitməyən vəzifələr sırasında "Avropa Komissiyasının SLAPP (Strateji Məhkəmə İşləri) (Expert Group of the European Commission against SLAPP) ekspert qrupunun üzvülüyündə də yer alan A.P. nəhayət qlobal erməni böyüklərinin siyasəti ilə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ-International Consortium of Investigative Journalists) rəhbərliyinə gəlib çıxıb.
 A.Papaxristou "Ərəb Jurnalist Araşdrmaçılar Şəbəkəsinin” də rəhbərliyindədir.
 
Qlobal şəbəkənin başına gətirilən A.P.,təbii olaraq, tanıdığı ad-soyadı dəyişmiş erməni, yaxud da ermənipərəst komandasını da özü ilə İCİJ rəhbərliyinə gətirib. İdarə heyətindəki daha 2 nəfər- Tony Norman, Birgit Rieck xaricdə doğulan 3-4-cü nəsil erməni, yaxud diasporanın muzdlu yazarlarıdır. Bununla bağlı faktları qlobal şəbəkə silsə də, Web arxiv saxlayıb.Məlum olur ki, Tony Norman və Birgit Rieck Hrant Dinkin ölümü ilə bağlı Türkiyədə xüsusi ezamiyyətdə olublar. H.Dinkin ölümünü islam dini terrorçuluğuna bağlayan Tony Normanın olduqca islamofob, nifrət məzmunlu yazılarına görə Tvitter onun akkauntunu bloklayıb, o isə təzəsini yaradıb.


   


T.Norman H.Dinkin sadəcə erməni olmasına görə dini səbəbdən öldürüldüyü fikrini irəli sürür və Birgit də onu təsdiqləyir. 



Jurnalistika adı altında transmilli kiber-ordunun, informasiya terrorunun yeni formasını təşkilatlandıran fransalı erməni 


Qlobal şəbəkəyə sızan, Pandora üzərində "çalışan”ermənilərin hamısı haqda ətraflı yazmağa arayış həcmi imkan vermir. Buna görə də əsasən İCİJ rəhbərliyində olanlarla bağlı məlumat verək. 


A.P.dan sonra deyil, rəhbərlikdə statusu baxımından bəlkə də əvvəldə gələn digər maskalanmış erməni - İİCJ baş texnoloji direktoru, fransalı Pyer Romeradır (Pierre Romera -Chief technology director).


Dünya üzrə şəbəkədə data jurnalizmi, "hakerliyi” - məxfi məlumatların sındırılmasını öyrədən, özü də ofşorları "sındırmaqda” öndə gedən bu şəxs 2005-ci il də Ermənistanda təlimlər keçib (Kristine Aghalaryan 9:04 PM, 14 Apr 2015A Story with Numbers: Data Journalism Enters the Newsroom.Pierre Romera, from France, is a web developer and journalist. 
"In Armenia I didn’t see many works except at your outlet. But I was surprised to see that there is a lot of data online for Armenia. Just by Googling a few things I found many data sets” https://hetq.am/en/article/59639).  


    

 


P.Romera Tbilisidə də, Azərbaycanlı araşdırmaçılara da dərs keçib. Feminist və cinsi azlıq-LGBT fərdi olmasına rəğmən, Romera dünyada rəqəmsal jurnalistikanın yaradıcılarındandır. P.Romera Fransada data jurnalizmin banisi, Fransa XİN-nin elektron diplomatiya Hub-nın-"The E-Diplomacy Hub"- yaradıcısıdır. Çoxsaylı tech-start-upların təsisçisi, proqram təminatların müəllifi-coderdir. 


Bundan əlavə, ölkəmizi hədəfə alan Pandoranın tirajlaması ilə bağlı da digər erməni Alexis Ohanianın yaratdığı "reddit”- qlobal kommunikasiya platformasında olduqca fəallıq edir .


Qlobal araşdırmaçı şəbəkə eyni məqsədli 3 (OCCRP, İCİJ, GİJN), gerçəkdə 1 təşkilatdan-OCCRP-dən ibarətdir. Burada da ermənilərin sayı kifayət qədərdir.


Pandora sənədlərində Dövlət başçımızla bağlı onu hazırlayan İCİJ-in nə reklam çarxında, nə FB, nə də əsas səhifəsində heç bir məlumata rast gəlmirik. Əvəzində bununla bağlı informasiya "bombasını” partlatmaq OCCRP üzərinə götürüb. 
Həmçinin "700 milyon”rəqəminin haradan qaynaqlanması, ümumiyyətlə "milyonların” məbləğinin kimin nə qədər istəsə o qədər göstərməsi, ilk mənbənin harada olmasını axtarmağa vadar edir. Nəhayət "700 milyon”rəqəminin OCCRP Qırğısıztan şəbəkəsinin (Kloop Qırqız) üzvü Aykanuş Aydarbekovanın "The Armenian Mirror-Spectator” saytındakı yazısında tapırıq .


 


Aykanuş yazını tək yazmayıb. Ona digər OCCRP üzvü Metyu Kupfer kömək edib. Bəs o kimdir? Metyu OCCRP Orta Asiya filialının rəhbəridir. Əcnəbi adlı erməni olması birmənalıdır.


 
 
  
 
Məlum olur ki, Metyu Carnegie Corporation of New York mənzil qərargahının prezidenti Vartan Gregorianın yetirməsi kimi Moskva filialında çalışır. Eurasianet saytında müxbirdir. Qarabağ, Saxta soyqırım və Türkiyə mövzusunu araşdırır. Tomas de Valla birgə yazılar yazır. 
2010-cu ildən OCCRP Qırğız şəbəkəsində rəhbərdir (36 milyonluq vardenis-martakert yolu haqda məqaləsi Armenia: The Highway Leads to Karabakh, But the Money Comes from California Matthew Kupfer Sep 6, 2017)
 




Digər İCİJ üzvü,Ərəb regionu Araşdırmaçı jurnalist şəbəkəsini rəhbəri Dəniz- Denise Hassanzade Ajiri özünü etnik assuriyalı saysa da, İran əsilli ermənidir. (http://www.aina.org/news/ 20191204094015.htm (my mother's maternal aunt, Nora and her Armenian husband Jean lived with their two daughters..))


 


Daha dərin getdikcə, Ermənistana dost ölkələr- Fransalı, Hindistanlı, İran və s. əsilli erməni jurnalistlər ortaya çıxır. Məs., hindistanlı islamofob və ermənipərəst Rakesh Kalshian bu sıradandır.


Hibrid müharibənin yeni növü( insan hüquqları,jurnalist,ifadə azadlığı və s.) "məhkəmə müharibələrinin” başında duran erməni təşkilatı-"İblisin vəkilləri”


Qısa ifadə edilsə, məlumdur ki, hibrid müharibə düşmənin mümkün bütün (siyasi, iqtisadi, hüquqi, informasiya, mədəni-mənəvi və s.) üsullarla çökdürülməsi metodlarının cəmidir. Araşdırmaçılıq altında XXI əsrin gerçək informasiya müharibəsinin aparılması, onun: "leqal/məhkəmə müharibələri” adlanan hibrid müharibənin yeni forması olduğu ən yeni təhlillərdə geniş əsaslandırılıb .


Son illərdə dövlətçiliyə xəyanət yolunu tutanların, X.İsmayıl başda olmaqla Avropa məhkəmələrində dəstəklənməsi, araşdırmaçılıq, siyasi məhbuslar, insan haqları, böhtan və diffamasiya ilə bağlı məhkəmə işlərimizin uduzmaların başında hansı qlobal vəkillik-hüquq mafiyasının durması ilə bağlı cəmiyyətdə məlumat yoxdur. 
Ən sonuncu - 2019-cu ildə laundramat işində böhtanla bağlı Cavanşir Feyziyevin OCCRP-yə qarşı məhkəməni uduzmasının səbəbi də budur .


 


Azərbaycana qarşı hibrid "məhkəmə müharibələrinin” təşkilatçısı, Livan ermənisi Amal Kluninin "Doughty Street Chambers” qlobal vəkil kontorları/mafiyasıdır. Onu tanıtmağa, beynəlxalq məhkəmə-hüquq sistemindən tutmuş, BMT-yə qədər tutduğu vəzifələri sadalamağa ehtiyac və imkan yoxdur. Avropada ölkəmizə qarşı açılan, inşan haqlar ilə bağlı demək olar ki, bütün məhkəmə prosedurlarının uduzulmasında A.Kluninin (əri-Hollivud ulduzu Corc Kluninin) şəxsi nüfuzundan (Klinton,Bayden,Obama və s. şəxsi dostluğu) başqa, rəhbərlik etdiyi "Doughty Street Chambers” qlobal vəkillik təşkilatı müstəsna statusa malikdir. 

Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun xüsusi müşaviri olan xanımın fəaliyyət dairəsi sonsuz, dünyanın bütün məhkəmə hüquq sistemidir (Related practice areas Business and Human Rights and Modern Slavery International Criminal Law Public International Law International Human Rights Law International Media Defence International Arbitration)


 
Xədicə işi ilə bağlı 
  


2021-ci ilin Nobel sülh mükafatı verilən Mariya Ressanın da vəkili erməni Amal Klunidir


 


Hazırda  Məhəmməd Mirzəlini himayəyə götürən Amal Kluninin rəhbəri olduğu beynəlxalq vəkil şəbəkəsinin Azərbaycana qarşı udduğu işlər:


  
 

  
Bir məqam da qeyd edilməlidir. 2018-ci ildən İCİJ Vaşinqton mərkəzi yeni ofisə köçüb və ofis Hollivud tərəfindən bağışlanılıb. Şübhəsiz ki, burada Hollivud ulduzları Amal və Corc Kluunilərin müstəsna rolu olmasına şübhə yoxdur.


Amal Kluni: Tofiq Yaqublu və Azərbaycanda 5-ci kalonun himayədarıdır

Amal Kluninin vəkil mafiyası leqal hibrid müharibə taktika və strategiyası çərçivəsində qlobal layihə kimi hər gün genişlənməkdədir. Amal və əri, Hollivud ulduzu Corc Kluni tərəfindən təsis edilmiş insan haqları sahəsində "Kluni Ədalət Fondu” (Clooney Foundation for Justice (CFJ) - ayrıca arayışların mövzusudur. Fond daxilində onlarla "insan haqları təşkilatı” bu sahəni geosiyasi təzyiq vasitəsinə çevirməklə, dövlətə qarşı çıxan 5-ci kalonun xüsusi qlobal himayəsini yaratmağa nail olub. Əsas məqsədlərdən biri - müxalifət adı altında sosial etiraz aksiyalarına təhrik etmə, qanuni həbs edilən şəxslərin tutulmalarına nail olmaq, tutulacaqları təqdirdə AİHM-ə müraciət əsasında azad olunmalarına qarantiyaya alamqdır.

2021-ci il dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı və sonrakı istənilən aksiyada nəyin bahasına olursa iştirak "həvəsi”nin araşdırılması maraqlı faktlar ortaya qoyur. Məlum olur ki, T.Yaqublunun aksiya həvəsi - onu erməni leqal hibrid müharibə mafiyasının sığortalaması, sonunda azadlığa çıxacağı ilə bağlı qarantiya alması ilə bağlıdır. Yaqublunun 2012-ci ildə həbsindən sonra AİHM -də bəraət alması, 9000 avro təzminat qararı çıxarılması, 2014-cü ildə həbsdən azad olunmasına və ona 24 min avro təzminat ödənilməsi qərarının verilməsi, 2020-ci il martın 22-də avtomobil qəzası törətməsi ilə bağlı cinayət işin sonrası hökmün dəyişməsi onun Amal Kluni və komandasının birbaşa himayəsi altında olmasına dəlalət edir. Özünü Qarabağ qazısı adlandıran şəxsin erməni himayəsinə sığınması acınacaqlı olduğu qədər ifşa tələb edən məsələdir.
Kluni və dəstəsi, ABŞ-ın xüsusi orqanlarının qlobal layihəsi çərçivəsində Misirdə Mursini məhkəməyə çəkib, Livanda Rafiq Həririni, Ukraynada Timoşenkonun müdafiəsini təşkil edib. Ən maraqlı məqam onun Julian Assanjı müdafiə işinə könüllü "girişərək” batırması, yarı yolda qoyması olub. J.Assanjın aldadılaraq Ekvador səfirliyinə qaçmasını təşkil edən Amalın olduqca böyük layihə- "fiqur”olması, 7 il sonra müdafiədən "boss”larının diktəsi ilə xaincəsinə üz çevirməsi müstəqil tədqiqatçıların diqqətini cəlb edib.

Kluni Fondu nəzdində olan "Məhkəməyə nəzarət”- "TrialWatch” təşkilat, sitat: "Azərbaycanda xuliqanlıqda təqsirli bilinərək 4 ildən artıq müddətə azadlıqdan məhrum edilən müxalifət lideri, keçmiş jurnalist Tofiq Yaqublunun məhkəməsi monitorinqdə olan əsas işlərimizdən olub ”.
  




Sosial Tədqiqatlar Mərkəzi Daxili siyasət Departamenti 
The European Endowment for Democracy (EED) baxın Bellinghta-a baxın. 20 jurnalistin 10-u ermənidir. nə qədər erməni olar 
Təsadüfmü? (https://52.57.223.113/en/about/about-us.html )
https://www.bellingcat.com/contributors/ 






   
      
Mesaj-İşarə: https://abrod.livejournal.com/1703921.html 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadi Şuranın iclası keçirildi
Siyasət 19:30
İqtisadi Şuranın iclası keçirildi
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Siyasət 13:53
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Siyasət 11:42
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Siyasət 11:38
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:06
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
Siyasət 22:51
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol