• $
  • €
  • ₽
  • ₺
  • £

"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb

"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
11.07.2025 11:42

 Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklərin tətbiqinə dair 21 iyun 2025-ci il tarixli qanunun icrası və 2004-cü ildən qüvvədə olan əvvəlki fərmanda dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.

Yeni fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birbaşa dövlət başçısı həyata keçirəcək.

Səlahiyyətli orqanlar kimi isə Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) çıxış edəcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb, təhsil və sosial müəssisələrdə şəxslər üçün qida normalarını üç ay müddətində müəyyənləşdirsin və bu barədə Prezidentə məlumat versin. Hökumət eyni zamanda qanundan irəli gələn digər texniki və inzibati məsələləri də həll etməlidir.

Qanun və ona edilən dəyişikliklər yaşayış minimumunun tənzimlənməsi və sosial təminat siyasətinin təkmilləşdirilməsinə yönəlib.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol