Azərbaycanda 400 milyon dollara elektrik stansiyası tikilir

Azərbaycanda dəyəri 400 milyon dollara yeni eketrik stansiyası tikiləcək. Bunu prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
"Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır”, - prezident bildirib.
Azərbaycanda 4 böyük istilik elektrik stansiyası vardır: - Аzərbaycan Dövlət rayon elektrik stansiyası (DRES), Şirvаn DRES və onun yenidən qurulan sistemləri, Sumqayıt istilik-elektrik stansiyası və Şimal DRES.
www.anews.az
Son xəbərlər
Daha çox 