Dövlət Agentliyinin sədri: Bir neçə günə 50 meqavatlıq stansiya istifadəyə veriləcək
"Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
O bildirib ki, artıq tariflərlə bağlı aidiyyəti qurumlara təkliflər veriblər: "Bir neçə günə 50 meqavatlıq stansiya istifadəyə veriləcək".
A.Bədəlovun sözlərinə görə, ayrı-ayrı regionlar üzrə tariflər müxtəlif ola bilər: "Loqistik problemlər olan dağ regionlarında enerji tarifləri digər regionlara nisbətən baha olur".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !