• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür
27.09.2025 00:00

Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.

27 sentyabr 2020-ci il Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edib. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanıb və İkinci Qarabağ müharibəsinə çevrilib.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkənin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib. 

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb. Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

2023-cü ilin sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan öz doğma torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi
Siyasət 14:11
Azərbaycan öz doğma torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi
Azərbaycanın zəfəri Cənubi Qafqazda sülhün yolunu açdı - Ərdoğan
Siyasət 14:04
Azərbaycanın zəfəri Cənubi Qafqazda sülhün yolunu açdı - Ərdoğan
BƏƏ Baş nazirinin müavini Azərbaycana gəlib
Siyasət 12:40
BƏƏ Baş nazirinin müavini Azərbaycana gəlib
Bakıda Zəfər muzeyinin açılışı olub
Siyasət 12:08
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 12:02
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Siyasət 10:35
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Video
Siyasət 00:03
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Video
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
Siyasət 21:05
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Siyasət 19:39
İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol