Azərbaycanda banklar pos-terminalların sayını 4% artırıb

16:43 | 21.08.2023
Azərbaycanda banklar pos-terminalların sayını 4% artırıb

Azərbaycanda banklar pos-terminalların sayını 4% artırıb

2023-cü il iyulun 31-ə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 3 087 ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,6% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat verib. 

AMB-nin məlumatına görə, 2023-cü ilin iyulunun sonuna Bakıda 1603 (artım 0,8%), regionlarda 1484 (artım 0,5%) bankomat quraşdırılıb.

Respublika üzrə ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 83,08 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 4% çoxdur.

Eyni zamanda, Bakıda 56,635 min (artım 5,2%), regionlarda 26,445 min (artım 1,7%) pos-terminal quraşdırılıb.

Hesabat dövründə pərakəndə ticarət obyektlərində 80,594 min ədəd və ya bütün pos-terminalların 97 faizi quraşdırılıb.
 
N.Təbrzili

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM