Azərbaycanda bankomatlarının sayı artıb, pos-terminalların sayı isə azalıb

16:53 | 24.05.2023
Azərbaycanda bankomatlarının sayı artıb, pos-terminalların sayı isə azalıb

Azərbaycanda bankomatlarının sayı artıb, pos-terminalların sayı isə azalıb

2023-cü il aprelin 30-da Azərbaycanda bankomatların sayı 3 075 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan gostəricidən 0.2% coxdur. Bu barədə Mərkəzi Bank məlumat verib. 

AMB-nin hesabatına görə, 2023-cü il aprelin  sonunda Bakıda 1599 (artım 0,5%), regionlarda 1476 (azalma 0.1%) bankomat qurulub.

Respublika üzrə ticarət və xidmət obyektlərində qurulmuş pos-terminalların sayı 79.118 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan gostaricidən 0.9% azdır.

Bununla yanaşı, Bakıda 54 647 ədəd (artım 1.5%), regionlarda 24 471 min ədəd (azalma 5.9%) pos-terminal quraşdırılıb.

Hesabat dövründə pərəkəndə ticarət obyektlərində 76.776 min ədədi və ya pos-terminalların 97%-i quraşdırılıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM