Azərbaycanda COVID-19-un ən çox yayıldığı bölgələr AÇIQLANDI

10:31 | 19.04.2021
Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Bakıda virusa yoluxanların sayı 54,2 % təşkil edir.

Yoluxma göstəricisi Abşeronda 12,8 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,5 %, Şəki-Zaqatalada 4 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,4 %, Yuxarı Qarabağda 1,3 %, Naxçıvan Muxtar Respublikasında 0,4 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub. Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 14,8 % təşkil edir. Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,4 %-lə Yasamal, 10,9 %-lə Sabunçu, 8,3 %-lə Nərimanov, 8,1 %-lə Suraxanı, 8 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,6 %-lə Qaradağ,0,5 %-lə isə Pirallahı qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM