• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?

Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
17.08.2022 12:59
2022-ci ilin  payızında  fəsil dəyişkənliyi ilə əlaqədar COVİD-19-a yoluxma halları arta bilər bu da qapanmaların bərpa ediləcəyini istisna etmir. Bunu infeksionist Günel Quliyeva Anews-a bildirib. 
 
"Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, yoluxma halları isə çoxalır. Payızda tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil", - Günel Quliyeva bildirib. 
 
O həmçinin vətəndaşlara maska taxmaq, əl dezinfeksiyası, gigiyena qaydalarına riayət etməyi və peyvəndlənməyi tövsiyə edir.  

"Bilirik ki, Dünya Səhiyyə Təşkilatı artıq 5 yaşdan yuxarı insanlarda buster dozaların tətbiq edilməsini onaylayıb.Yəni hər kəs - hamilələr də, beş yaşdan yuxarı uşaqlarda, yaşlılar da qorxmadan peyvəndləməyə riayət etməlidir.Peyvəndlənməyə qarşı olmamalıyıq, qorxmamalıyıq”,  - infeksionist vurğulayıb.  

Amma təhsil eksperti Kamran Əsədov COVİD-19-a yoluxma hallarının artdığı təqdirdə məktəblərin bağlanmasının koronavirusa qarşı mübarizə üçün effektiv variant olmadığını bildirib.

"İnsanların fiziki və psixoloji olaraq prosesə adaptasiyası distant təhsili bizim üçün əlçatan etdi. Amma, ənənənəvi təhsillə müqayisədə biz heç vaxt keyfiyyətdən razı qala bilmərik. Bu gün ölkənin 4432  orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird oxuyur. Bizim 51 ali təhsil müəssisəsində 187 min tələbəmiz təhsil alır.Yəni, təhsil hər gün öz ətrafında iki milyondan çox insanı birləşdirir. Təhsil müəssisələri yoluxma sayına təsir göstərə bilər.  Məktəblərin bağlanması koronavirusa qarşı mübarizə üçün effektiv variant deyil. Çünki insanların heç də hamısının komputeri, planşeti, internetə çıxış imkanları yoxdur və heç də bütün fənlərin onlayn rejimdə keçirilməsi mümkün deyil. Yalnız hansı ərazilərdə, hansı məktəblərdə yoluxma müşahidə edilərsə onların qısa müddətli qapanması tətbiq edilə bilər”, - Kamran Əsədov qeyd edib.

İqtisadçı-ekspert Akif Nəsirli əvvəlki dövrlərdəki kimi ciddi qapanmalara ehtiyac olmadığını deyib.

"İki ilə yaxındır ki, dünya koronavirusla yaşayır və artıq hansı tədbirlərin səmərəli olduğu, hansı tədbirlərin qeyri-səmərəli olduğu bəllidir. Hal-hazırda yoluxma sayı həm dünyada, həm də ölkəmizdə qapanmalara əl atmağa hələ ehtiyac duyulan səviyyədə deyil.Amma qarşıdakı aylarda, sözsüz ki, yoluxma sayının daha da artması müşahidə olunacaqsa müəyyən tədbirlərin görülməsi qaçılmaz olacaqdır.Amma mən inanmıram ki, əvvəlki dövrlərdəki kimi ciddi qapanmalara gedəcəklər.Çünki artıq təcrübə göstərir ki, qapanmaların yoluxmaya təsiri aşağı səviyyədədir”,  -  Nəsirli bildirib.

2022-ci il avqustun 16-a olan məlumata görə, dünyada 597 184 669 nəfərdə koronavirus aşkarlanıb.Virusdan 6 459 813 xəstə ölüb, 571 277 210 nəfər sağalıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (94 869 936), Hindistan (44 286 256 nəfər), Fransa (34 240 336 nəfər), Braziliya (34 201 280 nəfər) və Almaniyadır (31 666 475 nəfər). 
 
 Azərbaycanla sərhəd ölkələrdə-Rusiyada 18 931 140, Türkiyədə 16 671 848, İranda 7 488 493, Gürcüstanda 1 710 749, Ermənistanda isə 430 361 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa  805 762 yoluxub. Virusa yoluxanlardan  9 777-si ölüb, 792 765 xəstə müalicə olunaraq sağalıb.

Sadiq Cavadov 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol