İran yenə Azərbaycanı Ermənistana görə qınadı

Azərbaycan İran yük maşınlarından 250 dollar rüsum alır, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya regionu üzrə şöbəsinin müdiri Rəhmətullah Xurmalı İLNA-ya müsahibəsində deyib.
"Son siyasi hadisələrdən sonra İran və Ermənistanın ticarət mübadiləsi apardığı yolun bir hissəsi Azərbaycan ərazisinə əlavə olunub və azərbaycanlılar hər bir İran yük maşınına görə 250 dollara yaxın rüsum alır və bu logistik maneə İranın Ermənistana ixracının azalmasına təsir göstərib”, - Rəhmətullah Xurmalı bildirib.
Xurmalı həmçinin bidirib ki, 2022-ci ilin sonuna İranla Ermənistan arasında ticarət dövriyyəsi 420 milyon dollar təşkil edəcək. Bunun 400 milyon dolları İranın, 20 milyon dolları isə Ermənistanın payına düəcək.
Ermənistan baş naziri Nikol Painyanın Tehrana son səfəri zamanı İran prezidenti iki ölkə arasında ticarət əlaqələrinin 3 milyard dollara çatdırılması hədəf götürdüyü bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















