• $
  • £

Azərbaycanda daha çox hansı hava şirkətinə üstünlük verilir - SORĞU

Azərbaycanda daha çox hansı hava şirkətinə üstünlük verilir - SORĞU
11.07.2015 17:02
Hava nəqliyyatı bir yerdən başqa yerə gedən insanlar üçün rahat olduğu qədər, eyni zamanda əlavə vaxt itkisinin qarşısını alır. Belə olduğu halda insanlar hansı aviaşirkətlərə üz tutur,  seçimlərində hansı özəlliklərə üstünlük verirlər?

Weekend Travel turizm şirkətindən Modern.az-a verilən açıqlamada aviaşirkətlərin seçimində bir neçə kriteriya bölgüsü olduğunu bildirib:  
"İnsanların bəziləri qiymətin ucuzluğuna, bəziləri aviaşirkətin etibarlılığına, bəziləri isə uçuş marşrutuna önəm verir. İnsanları ucuz təkliflər daha çox cəlb edir. Amma etibarlılığa üstünlük verənlər əsasən AZAL-ı seçirlər. Uçuşlar da mövsümdən asılı olaraq dəyişir. Yay aylarında Türkiyəyə, Avropa ölkələrinə, Misir istiqamətinə uçuşlar çox olur. Qış aylarında isə Dubay uçuşları da bu siyahıya əlavə olunur. Biletin qiymətləri istiqamətdən asılı olaraq dəyişir”.  

Voyage Travel şirkətindən bildirilib ki, mövsümdən asılı olaraq insanlar müxtəlif ölkələrə rahat və ucuz uçuşlar təklif edən aviaşirkətlərlə səyahət etməyə çalışır. Biletlər daha çox Türkiyəyə sifariş olunur.  

Seyşel Turizm şirkətindən verilən məlumata görə, insanlar üçün aviaşirkətlərin elə bir fərqi yoxdur, ucuz qiymət təklif edilən aviaşirkətlərə üstünlük verirlər. Biletlər daha çox Türkiyəyə sifariş olunur.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 19:09
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol