• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanda dollarlaşma səviyyəsi 33,7% təşkil edib

Azərbaycanda dollarlaşma səviyyəsi 33,7% təşkil edib
09.08.2024 12:52
Azərbaycanda fiziki və hüquqi şəxslərin banklardakı əmanətləri üzrə dollarlaşma səviyyəsi 2024-cü ilin iyununun sonuna 33,7% səviyyəsində müəyyən edilib. Bu barədə  Mərkəzi Bank  hesabatında bildirib. 
 
2023-cü ilin sonunda bu rəqəm 33,2% təşkil edib. Beləliklə, 2024-cü ilin yanvar-iyununda dollarlaşma səviyyəsi 0,5 faiz bənd (2023-cü il üçün - 11,7 faiz bəndi azalma (pp)) azalıb.

 Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci yarısında xarici valyutada əmanətlər 0,2 milyard manatazalaraq  9,9 milyard manata (cari məzənnə ilə 5,82 milyard dollar) çatıb.

 2024-cü ilin iyunun sonuna hüquqi şəxslərin xarici valyutada depozitlərinin xüsusi çəkisi 42,6% (2023-cü ilin sonunda - 43,4%) təşkil edib.
 
Fiziki şəxslərin depozitləri üzrə iyulun əvvəlində dollarlaşma səviyyəsi 33,9% (2023-cü ilin sonunda - 33,2%) təşkil edib.

Mərkəzi Bank qeyd edir ki, 2024-cü ilin birinci yarısında əhalinin əmanətlərinin (qeyri-rezident fiziki şəxslərin depozitləri istisna olmaqla) dollarlaşması  0,8% azalıb və 30,3%-ə çatıb.

 30 iyun 2024-cü il tarixinə Azərbaycanda banklardakı əmanətlərin həcmi 38 milyard 212,9 milyon manat olub ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 3,4% azdır. 
 
Bununla yanaşı, fiziki şəxslərin əmanətləri 14 milyard 180,7 milyon manat olub. Bu 2023-cü ilin ilk 6 ayından 9,5% azdır. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol