Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq

16:02 | 22.12.2023
Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq

Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq

Azərbaycanda dövlət‒özəl tərəfdaşlığı əsasında yük avtonəqliyyat parkları (TIR parkları) yaradılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  məlumat yayıb.
 
TIR parklarının yaradılması ilə bağlı ən azı 3 nümunəvi layihə hazırlanacaq. TIR parklarından istifadənin genişləndirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ediləcək. Bu istiqamətdə M-1 (Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi), M-2 (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi), M-3 (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi), M-4 (Bakı-Şamaxı-Yevlax), M-5 (Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi), M-6 (Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi) avtomobil yolları üzərində konseptual araşdırma aparılacaq.

TIR parklarında parkinq yerini rezerv etmə imkanı, avtoyuma, yanacaqdoldurma, təmir, təhlükəli, iriqabaritli və ağırçəkili yüklər üçün parklanma yerləri, hotel, tibbi yardım, internet, yüklərin mühafizəsi, bankomat və ödəniş terminalları, hamam, sanitar qovşaq və s. xidmətlər göstəriləcək. Parklarda xidmətlərdən istifadə haqqı formalaşdırılacaq.

Bununla bağlı beynəlxalq və ölkədaxili yük daşımaları həyata keçirən ən azı 100 (minimum 70 %-i əcnəbi sürücülər olmaqla) sürücü arasında sorğu keçiriləcək və onların rast gəldikləri çətinliklər və gözləntilər öyrəniləcək.

TIR parkları ilə bağlı qanunvericiliyin formalaşması istiqamətində təkliflər hazırlanacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM