Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib.İdmanxeber.com xəbər verir ki, “transfermarkt” saytı Azərbaycan çempionatını 61 milyon 550 min avro qiymətində dəyərləndirib.Çempionatın ən dəyərli klubu “Qəbələ”di. Portuqaliya “Porto”sundan İzmaylovu heyətinə qatan əyalət klubunun ümumi dəyəri 12 milyon 150 min avrodu.İkinci pillədə çempionatın lideri “Qarabağ” qərarlaşıb - 8.700.000. İlk “üçlüy”ü “Neftçi” qapayır. “Ağ-qaralar”ın ümumi dəyəri 7 milyon 725 min avrodu. Eliası 1 milyon avroya heyətinə qatan “Xəzər Lənkəran” 200 min avro “Neftçi”dən geri qalır.Çempionatın ən ucuz klubu isə autsayder 1 milyon 900 min avro dəyərləndirilmiş “Sumqayıt”dı.1. “Qəbələ” - 12.150.0002. “Qarabağ” - 8.700.0003. “Neftçi” - 7.725.0004. “Xəzər Lənkəran” - 7.525.0005. “Bakı” - 7.275.0006. “Simurq” - 5.000.0007. “İnter” - 4.925.0008. “Rəvan” - 3.700.0009. “AZAL” - 2.650.00010. “Sumqayıt” - 1.900.000Cəmi - 61.550.000
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !