Azərbaycan Premyer Liqasının matçlarından 60 saat əvvəl futbolçular, komanda üzvləri, həmçinin hakimlər koronavirus testindən keçəcəklər.
Anews.az xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının 2020/2021 mövsümünün Əsasnaməsinə Əlavəsində öz əksini tapıb.
Həmin şəxslər PHŞ-da "COVID-19" (PZR) üsulu ilə testlər keçirilməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !