• $
  • €
  • ₽
  • ₺
  • £

İxtisaslaşmış rayonlarda müasir suvarmaya hektara 400 manat subsidiya veriləcək — nazir

İxtisaslaşmış rayonlarda müasir suvarmaya hektara 400 manat subsidiya veriləcək — nazir
05.10.2026 11:54

İxtisaslaşmış rayonlarda müasir suvarma sistemlərindən istifadə edən istehsalçılara hektara 400 manat subsidiya ödəniləcək. Əvvəllər dəmyə və açıq suvarma sahələri üzrə subsidiya hektara 200 manat olub. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, azad edilmiş ərazilərdə tətbiq olunan bu mexanizm gələn ildən digər bölgələrdə də həyata keçiriləcək.

Nazir bildirib ki, müasir suvarma ilə ərzaqlıq buğda istehsal edən fermerlər məhsulu laboratoriyada təsdiqləndikdən sonra emal müəssisələrinə təhvil verərlərsə, tonuna əlavə 100 manat subsidiya ala biləcəklər.

İxtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı emalçılara təhvil verən digər istehsalçılara isə tonuna 50 manat əlavə subsidiya nəzərdə tutulub.

Məmmədov həmçinin bağçılıq üçün azad edilmiş ərazilərdə və Naxçıvanda hektara 2 min manatdan 20 min manatadək dəstək veriləcəyini bildirib. Техника və avadanlıq üzrə güzəştlər 50 faizə, yerli istehsal olan müasir suvarma sistemləri üçün isə 60 faizə qədər artırılıb.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol