Azərbaycanda hakim döyüldü

16:00 | 06.03.2018
Azərbaycanda hakim döyüldü

Azərbaycanda hakim döyüldü

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, toplantıda Regional Liqada baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.

"Energetik” - "Şəmkir” matçının 23-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. "Energetik”in digər futbolçusu Samir Əliyev isə oyunun 78-ci dəqiqəsində aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalanıb. 

"Şağan” – "Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM