Azərbaycanda hərbçilər TV-lərdən şikayət etdi

13:29 | 17.08.2015
Azərbaycanda hərbçilər TV-lərdən şikayət etdi

Azərbaycanda hərbçilər TV-lərdən şikayət etdi

Bir neçə gün öncə cəbhənin müxtəlif istiqamətlərində hərbçilərlə görüşən bir qrup millət vəkili, jurnalist və QHT rəhbəri hərbçilərin ölkədə fəaliyyət göstərən telekanallarla bağlı narazılıqlarının şahidi olublar.

Hətta onların bu narazılığına yüksək rütbəli zabitlər də qoşulub.

Modern.az saytının məlumatına görə, hərbçilər qeyd ediblər ki, TV-ləri izlədikcə Azərbaycanın müharibə şəraitində ölkə olması barədə fikirlər əriyir: "Biz müharibə şəraitindəyik. Ancaq telekanallarda bu, görünmür.

Hərbçilərimiz özlərini teleməkanda tapa bilmirlər. Hərbi vətənpərvərliklə bağlı verilişlərə, sosial çarxlara çox az rast gəlinir. Halbuki belə verilişlər əsasən insanların mavi ekran qarşısına ən çox toplaşdıqları vaxt sərgilənməlidir.

Biz bundan çox narazıyıq. Telekanal rəhbərləri bundan nəticə çıxarmalıdırlar”.

Hərbçilər teleməkanda şou əhlinin "at oynatması”na da etiraz edib: "Biz istəyirik ki, ən azı 10 dəfə hərbçilərə konsert verməyənlərə "Əməkdar artist”  və s. kimi adlar verilməsin. Biz bununla Azərbaycan teleməkanının yalnız hərbi-vətənpərvərlik verilişləri ilə doldurulmasını demək istəmirik. Təbii ki, bütün sahələrələ bağlı verilişlər olmalıdır. Təssüf ki, bu sahədə balans pozulub.

Bu gün Azərbaycan müharibə şəraitindədir. Və hərbçilərin əksəriyyəti cəbhə bölgələrindədir.

Ancaq buna baxmayaraq hərbçilərə hər cür yüksək şərait yaradılıb. Onlar istirahət vaxtlarında telekanallara baxırlar. Həmin vaxt özlərini görmürlər.

Azərbaycanın müharibə şəraitində olduğunu görmürlər. Ölkənin informasiya məkanında aparıcı olan TV-lərin bu siyasəti bizi üzür.

İnanmaq istəyirik ki, bu müraciətimizdən sonra onlar öz fəaliyyətlərində dediklərimiz məsələləri nəzərə alacaqlar”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür