"Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır".
Anews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq: "Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq".
DGK sədri aksiz dərəcələrinin ölkədə qiymət artımına səbəb olacağı ilə bağlı yayılan məsələlərə də toxunub: "Burada aksiz dərəcəsinin böyük miqdarda artırılmasından söhbət getmir".
Bununla yanaşı, A.Əliyev qeyd edib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində gömrük daxilolmaları 2,430 mlrd. manat həcmində nəzərdə tutulur. Bu isə cari ilin analoji büdcə proqnozundan 180 mln. manat və ya 8% artıqdır.
Komitə sədri DGK xətti ilə toplanan cari daxilolmaların məbləğini də açıqlayıb: "Bu gün səhərə olan məlumata görə, komitə tərəfindən 2,130 mlrd. manat vəsait toplanaraq büdcəyə köçürülüb. Gələn ilə nikbin baxırıq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !