Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO

12:16 | 25.05.2022
Azərbaycanda ilk Etno-Art

Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO

Abşeron yarımadasının Şağan qəsəbəsi ərazisində fəaliyyət göstərən özəl "Xəzər" muzeyinin yaradıcısı Səyavuş Əlizadə 22 ildən çoxdur ki, kolleksiya yığır. Onun sözlərinə görə,  həmişə bu kolleksiya əsasında bir özəl muzey yaratmağı arzulayıb.  
 
]
 

 
 
 
Nəhayət Səyavuş Əlizadə arzusuna çata bilib. Şağan orta ümumtəhsil məktəbinin direktoru Sevda Abdulayeva kolleksinerə öz həyətyani ərazisini ona təmənnasız verib. Odur ki, Əlizadə muzeyə Sevda Abdullayevanın adını verməyi qərara alıb: 
 
]
 

 
  
Muzeydə 12 min eksponat var. Muzeyə giriş pulsuzdur. Səyavuş Əlizadə deyir ki, kənddə muzeyin yaradılması  kənddə muzeyə getmək mədəniyyətinin yaranmasına kömək edir. 


Sevda Abdullayeva adına muzey 24 saat fəaliyyət göstərir. Kənd adamları arasında da muzeyə eksponatlarını vermək istəyənlər var. Muzeydə olan eksponatlar arasında xüsusilə cüz diqqəti çəkir. Bu cüzü kənd sakinlərindən biri kolleksionerə bağışlayıb.
 






Qurandan parçaların yazıldığı cüz 30 hissədən ibarətdir. Muzeydə rəssamların, keramistlərin əsərləri var. 
 
 
 
Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Muzeylərin əksəriyyəti dövlət muzeyləridir. Özəl muzeylər isə ölkədə barmaqla sayılacaq qədər azdır. 
 
İSTİQAMƏT:5.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 
 

N.Təbrizli
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti