Azərbaycanda illik inflyasiya aşağı düşüb- STATİSTİKA

12:39 | 11.09.2023
Azərbaycanda illik inflyasiya aşağı düşüb- STATİSTİKA

Azərbaycanda illik inflyasiya aşağı düşüb- STATİSTİKA

2023-cü ilin avqustunda Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki ilin avqustuna nisbətən 12 faiz aşağı düşüb.   Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin səkkiz ayında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 %, qeyri-ərzaq məhsulları üzrə 110,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.

Ötən ayda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 %, əvvəlki ilin avqustuna nisbətən 108,3 % təşkil edib.
 
Avqustda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azərbaycanda orta illik inflayasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin altı ayının hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür. 

2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
Aytac Zeynalova 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM