Azərbaycanda iş saatlarının sektorlar üzrə fərqləndirilməsi məqsədəuyğundur. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib.
O bildirib ki, bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir.
"Biz təklif edirik ki, Azərbaycanda da fərqli iş saatları tətbiq olunsun. Bu dövlət və özəl sektorları üzrə fərqli iş saatları rejminin tətbiq edilməsinə gətirib çıxara bilər. Misal üçün, əksər inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan tez işə başlayır. Nəzərə alsaq ki, Azərbaycanda dövlət sektoru məşğul əhalinin sayında xüsusi paya malikdir, dövlət sektorunun daha tez işə başlaması istər şəxsi, istərsə də ictimai nəqliyyatdan istifadəni saatlar üzrə bölüşdürülməsinə gətirib çıxara bilər. Eyni zamanda işə tez başlayan qrumlar işi bir saat tez başa vuracaqlar ki, bu da axşam saatlarında da tıxacın azaldılmasına imkan yaradacaq”, – deputat bildirib.
Avropa Parlamenti həftədə 48 saat maksimum iş normasını təyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.
Hollandiya ən qısa orta statistik iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.
İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu.
Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.
Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır.
Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməkseçər ölkələr Böyük Britaniya, Yunanıstan və portuqaliyadır. Britaniyalılar həftədə 43,7, portuqaliyalılar 48, yunanlar isə 43,7 saat işləyir.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !