Martın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aktiv ol!” adlı layihənin açılışı baş tutub.Qol.Az-ın məlumatına görə, açılışı baş tutan turnirdə Azərbaycanda fəaliyyət göstərən televiziyalar, internet saytları və qəzetlər iştirak edəcək.Layihənin rəhbəri jurnalist Əfsələddin Ağalarov turnirin xüsusi Paintball zalında keçiriləcəyini və yarışların həmin ərazidə aparılacağını söyləyib:“Turnirdə 8 mətbuat orqanı iştirak edəcək. Bu mətbuat orqanlarında çalışan jurnalistlər öz güclərini nümayiş etdirib turnirin qalibi olmağa çalışacaqlar”.Qeyd edək ki, turnir 1 aprel tarixində başa çatacaq. Qalib gələn mətbuat orqanı diplom və mükafatlarla təltif ediləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !