Azərbaycanda kasko sığortası ilə bağlı VƏZİYYƏT

09:12 | 21.10.2015
Azərbaycanda kasko sığortası ilə bağlı VƏZİYYƏT

Azərbaycanda kasko sığortası ilə bağlı VƏZİYYƏT

ASA məlumat yaydı.

Kasko sığortasında yığımlar 17%, ödənişlər isə 11% azalıb. 

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Oxu.Az-a bildirilib. 

"2015-ci ilin 9 ayında sığorta ödənişlərinin məbləği kasko sığortasında 10,5% azalaraq 18,4 milyon manata düşüb”- deyə, ASA-dan qeyd edilib. 

Bundan əlavə, ASA-dan qeyd edilib ki, adıçəkilən sığorta növü üzrə yığımlar isə 17% azalıb.

ASA-dan bildirilib ki, sığorta bazarının 62%-i könüllü formalaşıb:

"2015-ci ilin yanvar-sentyabr aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 211,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 3,5% çoxdur. 

İcbarı sığorta növlərində yığım isə 128 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 16,3% böyüyüb.

9 ayda ümumi ödənişin 74,5%-i və ya 94,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,5% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 32,5 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% çoxdur. 

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,9 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə bu rəqəm 42,1 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,7 manatdan 25,4 manata düşüb”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM