Azərbaycanda kök müğənnilər necə arıqlayır?

17:31 | 01.10.2017
Azərbaycanda kök müğənnilər necə arıqlayır?

Azərbaycanda kök müğənnilər necə arıqlayır?

Mavi ekrandan baxanda sənət adamları, məşhurlar qüsursuz görünür.Amma halbuki gözəlliyi qoruyub saxlamaq elə də asan deyil.Gərək, hər zaman formada olasan.Artıq çəki problemi məşhurların da qorxulu yuxusudur, desək yanılmarıq.Milyonların sevimlisi olmaq üçün gözəl, estetik görünüş də şərtdir axı. Maraqlıdır, görəsən, kim necə pəhriz saxlayır, kiloları nə qədərdir, menyüləri necədir? Cebhe.info müğənnilər arasında sorğu keçirib.

Məlum olub ki, hər zaman artıq çəki ilə mübarizə aparan Xalq artisti Aygün Kazımova son zamanlar çox arıqlayıb.Müğənni deyir ki, "Baku Crystal Hall”da baş tutan solo konserti ərəfəsində məşqlər zamanı çox hərəkətdə olduğu üçün həddən artıq arıqladığını deyib.
"Həmçinin idmanla, həm də yoqa ilə məşğul oluram.Yeməyimə məhdudiyyət qoymamışam.Onu da deyim ki, elə qadınlar var, mənim efirdən, mətbuatdan açıqladığım pəhrizi sınaqdan keçirirlər. Amma hər bir insanın orqanizmi fərdi  olduğu kimi pəhrizlər də müxtəlifdir. Mənim qəbul etdiyim qida növləri kimlərəsə düşərli olmaya bilər və nəticədə istənilən bədən fomrasını əldə etmək mümkün olmaz.Bu səbəbdən də pəhrizə oturmaq istəyən hər bir qadın mütləq qan analizi verməklə, pəhriz proqramının onun orqanizmi üçün uyğun olub-olmadığını öyrənməlidir”.

Əlavə edək ki, Aygün Kazımova arıqlamaq üçün dəfələrlə cərrah bıçağı altına da uzanıb.


Xalq artisti Brilliant Dadaşova isə hər zaman formada olan sənətçilərdəndir.İllərdir onu eyni çəkidə, eyni görünüşdə görürük.Sənətçi özü deyir ki, heç bir zaman pəhriz saxlamayıb. Amma nə yeyib, nə içdiyinə diqqət etməyə çalışıb:
"Mən hər gün idmanla məşğul oluram, qaçıram. Yeməklərimə məhdidiyyət qoymuram.Amma "Razdelğnaə pitaniə” ilə özümü formada saxlayıram.Bu, artıq illərdir ki, belədir”.


Bədən quruluşu ilə diqqət mərkəzində olan müğənni Afaq Aslan da pəhriz saxlamadığını deyir. Boyu 1.70, çəkisi isə 57 kiloqram olan ifaçı çalışır ki, saat 18:00-dan sonra yemək yeməsin:

"Pəhriz saxlamıram. Bütün xörəkləri çörəksiz yeyirəm. Uşaqlıqdan şirniyyatla, şokolad, dondurma, tortla aram olmayıb. Bəlkə də bu, mənim xoşbəxtliyimdir.Bütün xörəklərim də zeytun yağında bişirilir, kərə yağını qətiyyən yemirəm.Həmçinin hər gün idmanla məşğul oluram.Onu da deyim ki, çəki almağa meyilli insan deyiləm”.


Uzun müddət 72-75 kiloqram çəkidə olan və dostlarının vaxtilə "toppuş” adlandırdığı müğənni Sevinc Musayeva bu ləqəbi üzərindən ata bilib. İfaçı xüsusi pəhrizlə  20 kq çəki ataraq 55-ə enib. Milli mətbəximizə biganə qalmayan Sevinc son günlər 2 kilo kökəldiyini hiss edib, dərhal yeni pəhrizdən faydalanıb. Müğənni deyir, bu üsul da faydalıdır.


"55 kq olanda, hiss edirdim ki, üzüm çox arıqlayıb, mənə yaraşmır. Bu dəfə bir qədər yüngül və faydalı olanı köməyimə gəldi.Xəsislik etmədən onu da sizə söyləyəcəyəm.Hər gün 6-7 ədəd portağal yeyirəm.Bir neçə gündən bir yeşiklə evə portağal alırıq.Həm vitamindir, həm də çəki atmağa səbəb.Səhər iki ədəd yeyirəm.Sonraki saatlarda çay, su qəbul edirəm.Günorta çox acanda, yüngül qida qəbul edirəm.Üstündən yenə iki portağal yeyirəm.Axşam yenə 2-3 portağalla günümün qida rasionunu tamamlayıram.2-3 həftə bu üsulla qidalanıb, 3 kq atmışam.Hazırda 56 kq çəkidəyəm.Bunu normal hesab edirəm.Amma düşünürəm ki, bizim xanımlara bir az toppuşluq yaraşır”.
 

Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan çəki almağa meyillidir. Ona görə də yeyib-içdiyinə hər zaman fikir verir:

"Çalışıram ki, saat 18:00-dan sonra yemək yeməyim. İdmanla da məşğul oluram.Hazırda çəkim 60 kiloqramdır.Çəkiyə görə kompleksim yoxdur, çünki istədiyim vaxt arıqlaya bilirəm".


Müğənni Nadir Qafarzadə efirə yaraşmaq üçün dəridən-qabıqdan çıxır.

O, "formada qalmaq onun ən ağrılı yerimdir” - deyir: "Çəkim artanda məndə komplekslər yaranır. Bu səbəbdən kalorili qidalardan uzaq olmağa çalışıram”.


Bir zamanlar həddən artıq çəki problemi olan əməkdar artist Abbas Bağırov köklüyə son qoyub.
"Sənətçi gərək özünə daima fikir versin.Yeyib-içməkdən elə kökəlmişdim ki, bunun fərqinə də varmırdım.Bir gün həmyaşıdlarımdan biri ilə qarşılaşdım. O, məndən qat-qat cavan görünürdü. Çox utandım və özümə söz verdim ki, indən belə yemək yeməyəcək və dieta saxlayacağam.Lakin bunun da fayda vermədiyini görüb, idmana keçdim.Effekt göz qarşısındadır.İdman artıq mənim həyat tərzimə çevrilib”, deyə A.Bağırov deyib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM