Bu ilin əvvəlindən kompüter və elektron məhsullarının, eləcə də, elektrik avadanlıqlarının istehsalı sahələrində 75,2 milyon manatlıq məhsul istehsal olunub.
Anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 72,1 faiz artıb.
Xatırladaq ki, cari ilin dörd ayında kompüter və elektron məhsullarının istehsalı 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 dəfə artım nümayiş etdirmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !