Azərbaycanda oyun zamanı dalaşan futbolçular cəzalanıb

14:52 | 08.04.2022
Azərbaycanda oyun zamanı dalaşan futbolçular cəzalanıb

Azərbaycanda oyun zamanı dalaşan futbolçular cəzalanıb

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda XIX turun MOİK – "Sabah-2” matçında dalaşan futbolçuları cəzalandırıb. Bunlar "Sabah-2”nin oyunçusu Mixeil Erqemlidze və MOİK-in üzvü Ruslan Voronsovdur.

Hər iki şəxs təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Onların klubları isə hərəyə160 manat cərimələnib.

Bundan başqa, MOİK-ə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 80 manat cərimə kəsilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti