Azərbaycanda peyvənd vurulandan sonra ölən şəxslə bağlı - AÇIQLAMA

18:57 | 03.06.2021
Azərbaycanda peyvənd vurulandan sonra ölən şəxslə bağlı - AÇIQLAMA

Azərbaycanda peyvənd vurulandan sonra ölən şəxslə bağlı - AÇIQLAMA

Samir Məhərrəmov peyvənd vurulduqdan sonra may ayının 29-da vəfat edib.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu iddia edir.

Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan "CoronaVac" peyvəndinin birinci dozası vurulub.

Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmovun halı pisləşdikdən sonra ailə onu Nəsimi rayonundakı "Baku Medical Plaza"ya yerləşdirib.

Xəstəxanadan verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.

TƏBİB-dən verilən məlumata görə, Samir Məhərrəmovun ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:

"Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM