Tamerlan Əsədullayev bir nəfəri bıçaqlamaqda ittiham olunur
Aprelin 10-da -da Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.
Məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda E. Sultanov bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !