Azərbaycanda qeyri-dövlət sektorunun ÜDM-də payı artıb

17:28 | 25.04.2024
Azərbaycanda qeyri-dövlət sektorunun ÜDM-də payı artıb

Azərbaycanda qeyri-dövlət sektorunun ÜDM-də payı artıb

Azərbaycanda qeyri-dövlət sektorunun ÜDM-də payı 83%-ə çatıb, məşğulluqda payı isə 78%-i ötüb. Bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əluyev bildirib. 

Onun sözlərinə görə, hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin təqribən 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. 

2024-cü il aprelin 1-ə ölkədə aktiv vergi ödəyicilərinin sayı da artaraq 768 mindən çox olub.

"Ölkəmizdə iqtisadi artımın strateji faktoru olan investisiya fəallığının təşviqi istiqamətində görülən işlər müsbət nəticələr verir. 2024-cü ilin ilk rübündə əsas kapitala yönəldilmiş vəsaitlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 3,8 mlrd. manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalarda artım 4,8% olub”, - Əliyev bildirib. 

Onun sözlərinə görə, "Financial Times”ın "FDI Intelligence” nəşri 2023-cü ildə birbaşa xarici investisiyaların artım sürətinə görə şəhərlərin TOP 100 reytinqini açıqlayıb və Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM