Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

13:57 | 25.04.2022
Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

2022-ci il martın 31-nə Azərbaycanda banklar tərəfindən 2934 ədəd  bankomat quraşdırılıb ki,  bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. 


AMB-nin məlumatına görə, marın sonuna  Bakıda 1574, regionlarda 1360 bankomat quraşdırılıb ki, bu da ilin sonuna olan göstəricidən uyğun olaraq 0,8% və 1% çoxdur. 


Mərkəzi Bankın məlumatına görə, respublika üzrə ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayı 66,268 min ədəd təşkil edib. Bu da 2021-ci ilin sonu ilə müqayisədə 8,8% çoxdur.


Eyni zamanda, Bakıda 44,235 min ədəd, regionlarda 22,033 min ədəd pos-terminal quraşdırılıb. Bu  ilin sonuna olan göstəricidən 9% və 8,2% çoxdur. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM