• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda qızıl istehsalı artıb

Azərbaycanda qızıl istehsalı artıb
29.05.2020 04:58
Azərbaycanda qızıl istehsalı isə məşğul olan "Anglo Asian Mining plc" (AAM) şirkəti 2013-cü ildə "Gədəbəy" kompleks mədənində hasil edilən 52 068 unsiya qızıl istehsal edib. Bu barədə Trend şirkətin saytına istinadən məlumat verir. Müqayisə üçün, AAM 2012-ci ildə 50 215 unsiya qızıl hasil edib.Şirkət 2013-cü ildə 46 076 qızıl unsiyası reallaşdırıb, halbuki 2012-ci ildə satış həcmləri 42 743 unsiya olub. Lakin şirkət 2012-ci ildə 1 unsiya qızılı orta hesabla 1 660 dollara satırdısa, ötən il bu qiymət 1387 dollar təşkil edib.AAM-in baş direktoru Rza Vəziri deyib ki, istehsalın artımına baxmayaraq, şirkət bu il üçün proqnozu yerinə yetirə bilmədi. Şirkət hasilatı 60 min unsiya səviyyəsində təmin etməyi planlaşdırırdı ki, bu da 2012-ci ildə istehsal həcmlərini 20 faiz üstələyə bilərdi.R.Vəziri vurğulayıb ki, bu, gözlənilməz hava şəraiti və 2013-cü ilin iyununda qızılın çən yuyulması zavodunun işə salınması üzrə işlə əlaqədar olub: "Bu, 2013-cü ildə qızılın qiymətinin azalması ilə birlikdə ötən illə müqayisədə mənfəətin xeyli azalmasına gətirib çıxaracaq".Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir.Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol